İdman

UEFA Azərbaycanın klublarına 73 milyon manat vəsait ayırıb - FOTO

03 Apr 2026, 10:54 1 baxış
UEFA Azərbaycanın klublarına 73 milyon manat vəsait ayırıb - FOTO
2025-ci ildə UEFA tərəfindən Azərbaycanın futbol klublarına 73 milyon 386 min 489 manat vəsait ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Hesabat Konfransında məlumat verilib. Ayrılan vəsaitdən 61 milyon 123 min 325 manatı "Qarabağ"a çatıb. Digər klublara ayrılan maliyyə vəsaiti isə aşağıdakı kimidir: "Sabah"a 3 milyon 27 min 845 manat; "Araz-Naxçıvan"a 2 milyon 480 min 415 manat; "Zirə"yə 2 milyon 70 min 729 manat; "Neftçi"yə 1 milyon 23 min 94 manat; "Sumqayıt"a 833 min 496 manat; "Səbail"ə 706 min 895 manat; "Turan Tovuz"a 706 min 895 manat; "Kəpəz"ə 706 min 895 manat; "Qəbələ"yə 427 min 340 manat; "Şamaxı"ya 279 min 555 manat çatıb.
UEFA Azərbaycanın klublarına 73 milyon manat vəsait ayırıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər