Siyasət

"Euronews": "Azərbaycanla Aİ arasında münasibətlər dinamik şəkildə inkişaf edir"

03 Apr 2026, 00:36 1 baxış
"Euronews": "Azərbaycanla Aİ arasında münasibətlər dinamik şəkildə inkişaf edir"
Siyasət, iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər dinamik şəkildə inkişaf edir. İnvestisiyaların artması, texnologiya transferi və viza rejiminin sadələşdirilməsi bu əlaqələri daha da gücləndirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalının saytında dərc olunan məqalədə deyilir. Materialda bildirilir ki, hazırkı mərhələdə Azərbaycan-Aİ münasibətləri qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq modeli kimi xarakterizə oluna bilər və bu əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş potensial mövcuddur. Məqalədə enerji sahəsində əməkdaşlığın bu münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanır, Cənub Qaz Dəhlizinin və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) logistik əhəmiyyətindən danışılır. "Rusiya-Ukrayna müharibəsi Avropada enerji təhlükəsizliyini prioritetə çevirərək Azərbaycanı alternativ enerji mənbəyi kimi ön plana çıxarıb. Yaxın Şərqdəki gərginliklər isə qlobal ticarət marşrutlarına təsir göstərərək Azərbaycanın tranzit rolunu gücləndirib", - materialda deyilir. Həmçinin qeyd olunur ki, Azərbaycan Aİ ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır və onun postmünaqişə dövründə daha balanslı yanaşma, azad edilmiş ərazilərin bərpasında Aİ-nin daha fəal iştirakı, iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi və viza prosedurlarının sadələşdirilməsinə dair bir sıra gözləntiləri var və bu gözləntilərin reallaşması Azərbaycan-Aİ münasibətlərinin güclənməsinə və uzunmüddətli strateji tərəfdaşlığın formalaşmasına töhfə verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər