Siyasət
Oljas Bektenov: "TDT ölkələri ilə ticarət dövriyyəmiz 12,9 milyard dollara çatıb"
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, bu gün dünya ictimaiyyəti Türk Dövlətləri Təşkilatını (TDT) ciddi çağırışlara qarşı dura bilən nüfuzlu və həmrəy birlik kimi qəbul edir. Təşkilatın təsisçi ölkələrindən biri olaraq biz türk inteqrasiyasını ilk gündən uzunmüddətli, praqmatik və iqtisadiyönümlü proses kimi qiymətləndiririk". Oxu.Az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib. O bildirib ki, 2025-ci ilin yekunlarına görə Qazaxıstanın təşkilata üzv ölkələrlə qarşılıqlı ticarət dövriyyəsi 12.9 milyard ABŞ dollarına çatıb: "Biz birliyimizin bütün potensialından istifadə etməklə ticarət-iqtisadi və investisiya əlaqələrinin daha da dərinləşdirilməsində maraqlıyıq". Baş nazir Zəngəzur dəhlizinin açılması nəzərə alınmaqla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: "Orta Dəhlizin inkişafına əlavə təkan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülmüş TDT-nin Rəqəmsal Monitorinq Mərkəzi verə bilər. Bununla əlaqədar operativ şəkildə xüsusi işçi qrupunun yaradılması təklif olunub".
Mənbə
oxu.az
Oxşar Xəbərlər