Siyasət

Qırğızıstanın baş naziri: "TDT-yə üzv dövlətlər arasında viza məsələləri asanlaşdırılmalıdır" - FOTO

02 Apr 2026, 12:16 1 baxış
Qırğızıstanın baş naziri: "TDT-yə üzv dövlətlər arasında viza məsələləri asanlaşdırılmalıdır" - FOTO
"Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında viza məsələlərinin sadələşdirilməsi təklif olunur. Bu istiqamətdə razılaşmaların həyata keçirilməsi vacibdir". Oxu.Az xəbər verir ki, bu sözləri Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.
O bildirib ki, Qırğızıstan dövlət xidmətlərini rəqəmsallaşdırır və genişmiqyaslı rəqəmsal transformasiya həyata keçirir: "Biz öz təcrübəmizi bölüşərək rəqəmsal idarəetmə platformalarının tətbiqini təklif edirik. Həmçinin, diplomların qarşılıqlı tanınması, tələbə mübadiləsi, gənclər üçün biznes düşərgələri və qadın forumlarının keçirilməsini dəstəkləyirik. Bu formatın regionlarımızın inkişafına töhfə verəcəyinə inanıram".
Qırğızıstanın baş naziri: "TDT-yə üzv dövlətlər arasında viza məsələləri asanlaşdırılmalıdır" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər