Siyasət

Ünal Üstel: "Şimali Kipr Türk Dövlətləri Təşkilatına tam üzv olmağa hazırdır"

02 Apr 2026, 12:38 1 baxış
Ünal Üstel: "Şimali Kipr Türk Dövlətləri Təşkilatına tam üzv olmağa hazırdır"
"Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil edilən bütün proqramlarda və layihələrdə ən yüksək səviyyədə iştirak edir və bütün resursları ilə ortaq vizyona töhfə verir. Bu kontekstdə ölkəmiz təşkilatımızın nazirlər səviyyəsində bütün görüşlərinə və işçi qruplarına ev sahibliyi etməyə həmişə hazırdır". Oxu.Az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib. O bildirib ki, Azərbaycan, Türkiyə və ŞKTR arasındakı münasibətlər "Bir millət, üç dövlət" şüarı ilə möhkəmləndirilib və bu, təşkilat üçün nümunə olmalıdır: "Məqsədimiz bu səmimi və dərin əlaqəni bütün üzv dövlətlərlə dərinləşdirmək və ŞKTR-in üzvlük prosesini uğurla başa çatdırmaqdır. Şimali Kipr Türk Respublikası tam üzvlük üçün hazırdır. Biz Şimali Kipr Türk Respublikasıyıq, bir türk dövlətiyik. Sizin və millətimizin dəstəyi ilə mövcud olmağa davam edəcəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər