Siyasət

Cevdet Yılmaz: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq"

02 Apr 2026, 11:34 1 baxış
Cevdet Yılmaz: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq"
"Türkiyə olaraq, İran və İsrail arasında böhranın başlanğıcından bəri dialoq üçün zəmin yaratmaq məqsədilə intensiv diplomatiya aparırıq. Gözləntilərimiz münaqişənin mümkün qədər tez bitməsi və diplomatiyaya üstünlük verilməsidir". Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib. O bildirib ki, dərin köklərə və mədəni əlaqələrə malik olduqları Cənubi Qafqazda da yeniliklərə şahidlik edilir: "Bu istiqamətdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır və iki ölkə arasında sülh sazişi imzalanmasını arzulayırıq. Nəqliyyat, enerji, infrastruktur və kommunikasiya kimi bir çox sahələrdə yeni əməkdaşlıq imkanlarının türk dünyasının inkişafına töhfə verəcəyinə inanırıq". "Həmçinin, Prezident İlham Əliyevə və Baş nazir Əli Əsədova Şimali Kipr Türk Respublikasının haqlı mübarizəsinə verdikləri dəstəyə görə təşəkkür edirik", - deyə Türkiyənin vitse-prezidenti əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər