Siyasət

Türkiyənin vitse-prezidenti: "COP31 üçün Azərbaycanın təcrübəsindən faydalanırıq"

02 Apr 2026, 11:46 1 baxış
Türkiyənin vitse-prezidenti: "COP31 üçün Azərbaycanın təcrübəsindən faydalanırıq"
"Türkiyə COP31-ə ev sahibliyi edəcək. Biz COP29-u uğurla başa vuran Azərbaycanın təcrübəsindən faydalanırıq". Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib. O bildirib ki, Türkiyənin COP31-dəki məqsədi qlobal iqlim dəyişikliyi ilə bağlı problemin həllinə töhfə verməkdir: "TDT-yə üzv və müşahidəçi ölkələrlə bu məsələdə əməkdaşlığı artırmaq konkret nəticələr əldə etmək üçün zəmin yaradacaq. 2026-cı ilin 9-20 noyabr tarixlərində keçiriləcək COP31 çərçivəsində bütün TDT-yə üzv və müşahidəçi ölkələrin iştirakını görməkdən çox məmnun olarıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər