Siyasət
Cevdet Yılmaz: "Türk Dövlətləri Təşkilatı daxilində ticarət dövriyyəsi artırılmalıdır"
"Ümumi əhalimizin sayının 180 milyona yaxınlaşdığı və ümumi milli məhsulumuzun orta illik artım tempi 5% olmaqla 2.1 trilyon dollara çatdığı bir vaxtda ticarət əlaqələrimizi daha da gücləndirmək potensialımızın böyüklüyü göz önündədir". Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib. O bildirib ki, 2024-cü ildə TDT üzvü və müşahidəçi ölkələrin arasında ümumi ixracat 35.3 milyard dollara çatıb: "Bu rəqəm ölkələrimizin dünya üzrə ümumi ixracatının 6.1%-nə bərabərdir. Eyni dövrdə ölkələrimiz bütün dünya ilə təxminən 1.2 trilyon dollarlıq ticarət həcminə yüksəlib və bu, qlobal miqyasda öz çəkisini bir daha sübut edib. Hesab edirik ki, liderlərimizin ticarət həcmimizin daha yüksək səviyyələrə çatdırılmasını həyata keçirmək üçün konkret bir hədəf qoymaları faydalı olardı. Bu çərçivədə qarşıdakı dövrdə öz aramızdakı ixracın ümumi ixracatımıza nisbətini ən azı 10%-ə çatdıra biləcəyimizə inanırıq".
Mənbə
oxu.az
Oxşar Xəbərlər