Siyasət

Cövdət Yılmaz Azərbaycana gəldi

02 Apr 2026, 00:48 1 baxış
Cövdət Yılmaz Azərbaycana gəldi

00:18


Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.


Axar.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.


Qeyd edək ki, Türkiyənin vitse-prezidenti bu gün Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək. Cövdət Yılmazın bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər