Siyasət

Ermənistan KTMT-nin işində niyə iştirak etmir?

01 Apr 2026, 20:04 1 baxış
Ermənistan KTMT-nin işində niyə iştirak etmir?
"Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı problemlərimizi gizlətməmişik. 2022-ci ildə konkret bir vəziyyətimiz var idi, mexanizmlər işləməli idi, amma işləmədi". Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistanın KTMT-nin fəaliyyətində niyə iştirak etmədiyini izah edib. "Biz KTMT-də iştirak etmirik, çünki vətəndaşlarımıza KTMT-nin öhdəliklərinə zidd olaraq niyə reaksiya vermədiyini izah edə bilmirik", - deyə Paşinyan bildirib. Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, İrəvan 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etdikdən sonra KTMT-nin bu prosesə müdaxilə etməsi tamamilə yersiz olardı.
Mənbə oxu.az

Oxşar Xəbərlər