Dünya
İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib
İran Silahlı Qüvvələri İsrailin Ben-Qurion hava limanında ABŞ-yə məxsus "E-3 Sentry" (AWACS) uzaqmənzilli radiolokasiya təyyarələrinin və yanacaq tankerlərinin yerləşdiyi yerə zərbələr endirib. Oxu.Az bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. "Hücumların bu dalğasında iki min km uçuş məsafəsinə malik "Araş-2" pilotsuz uçuş aparatlarından istifadə edilib", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, zərbələr həmçinin ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən radiolokasiya aşkarlama obyektinə və radioelektron mübarizə vasitələrinə də endirilib.
Mənbə
oxu.az