Dünya
Tehran atəşkəs üçün ABŞ-yə müraciət edib? - İran XİN-dən AÇIQLAMA
İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Baqai ABŞ Prezidenti Donald Trampın son bəyanatına sərt reaksiya verib. Oxu.Az xəbər verir ki, Baqai "Əl-Cəzirə" telekanalına müsahibəsində Trampın "İran tərəfi atəşkəs xahişi ilə bizə müraciət edib" iddiasını qəti şəkildə rədd edib. XİN rəsmisi bildirib ki, İran tərəfindən hər hansı atəşkəs xahişi olunmayıb: "Trampın bizim atəşkəs xahiş etdiyimizə dair bəyanatı yalandır və həqiqəti əks etdirmir". "İranda yeni rejimin lideri atəşkəs üçün ABŞ-yə müraciət edib". Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. "Sələflərindən daha az radikal və daha ağıllı olan, İranın yeni prezidenti elə indicə atəşkəs istəyi ilə ABŞ-yə müraciət edib. Hörmüz boğazı açıq, azad və təmiz olduğu zaman biz bu məsələni nəzərdən keçirəcəyik. O vaxta qədər İranı biz məhv edəcəyik və ya necə deyərlər, onu Daş dövrünə qaytaracağıq!" - deyə Donald Tramp bildirib.
Mənbə
oxu.az