Dünya

İran ABŞ-nin məşhur təyyarədaşıyan gəmisinə RAKET ATDI

01 Apr 2026, 17:52 2 baxış
İran ABŞ-nin məşhur təyyarədaşıyan gəmisinə RAKET ATDI
İran hərbçiləri ABŞ-nin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə doğru raket atıblar. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat verib. "Bir neçə PUA (Pilotsuz Uçuş Aparatı - dron) Hind okeanında çarəsiz vəziyyətdə olan "Abraham Linkoln" donanmasına (təyyarədaşıyan gəmi) atəş açıb", - deyə agentlik öz "Telegram" kanalında yazıb. Bildirilir ki, peyk məlumatlarına əsasən, gəmi öz əvvəlki yerini tərk edib və Hind okeanının dərinliyinə doğru irəliləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər