Dünya
Böyük Britaniyanın Ərbildə yerləşən şirkətinə hücum edildi - VİDEO
Ərbildə (İraq) Böyük Britaniyanın "Castrol" şirkətinə hücum olması barədə məlumat yayılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Sabereen News" informasiya yayıb. Hadisənin detalları açıqlanmayıb. Qeyd edək ki, "Castrol" bp şirkətlər qrupuna məxsus sürtkü yağları istehsalçısıdır. Baş ofisi Böyük Britaniyanın Berkşir əyalətinin Panburn şəhərində yerləşir.
Mənbə
oxu.az