Dünya

Meksikada cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO

01 Apr 2026, 14:20 2 baxış
Meksikada cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO
Meksikanın Akapulko şəhərində yerləşən cərimə meydançasında baş verən yanğın nəticəsində 700-dən çox avtomobil məhv olub. Oxu.Az xəbər verir ki, bu barədə "Quadratin" onlayn nəşri məlumat verib. Qeyd olunub ki, hadisə nəticəsində yerli hakimiyyət orqanları yaxınlıqdakı Akapulko-Pinotepa avtomobil yolunu müvəqqəti olaraq bağlamağa məcbur olub. Xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının başvermə səbəbi araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər