Dünya
"Brent" markalı neft ucuzlaşdı
"Brent" markalı neftin qiyməti təxminən 5 faiz aşağı düşüb. Oxu.Az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir. Bakı vaxtı ilə saat 10:58-də Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 5.23% azalaraq bir barel üçün 98.53 dollara düşüb. Nyu-York Ticarət Birjasında (NYMEX) 2026-cı ilin may ayına çatdırılma ilə WTI markalı xam neftinin füçerslərinin qiyməti isə 4.08% azalaraq bir barel üçün 97.24 dollar olub.
Mənbə
oxu.az