Dünya

İranın Livandakı səfiri öldürülüb? - FOTO

01 Apr 2026, 13:40 2 baxış
İranın Livandakı səfiri öldürülüb? - FOTO
İranın Livandakı səfiri Məhəmməd Rza Rauf Şeybaninin bu gün Beyrutda avtomobil karvanına edilən hücumda öldürüldüyü iddia edilib. "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Qeyd edilib ki, o, Cinnah bölgəsində nəqliyyat vasitələrinin karvanına raket zərbəsi zamanı həlak olub. Hərbi gəmilərdən həyata keçirildiyi iddia olunan raket hücumu nəticəsində İran səfiri ilə birgə 10 nəfərdən çox digər şəxsin də öldürüldüyü bildirilib.
Məlumat hələlik rəsmi olaraq təsdiq edilməyib.
İranın Livandakı səfiri öldürülüb? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər