Dünya

KİV: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirdi

01 Apr 2026, 10:36 2 baxış
KİV: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirdi
ABŞ İranın paytaxtı Tehranda özünün keçmiş səfirliyinin binasına zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bildirilir ki, hücum zamanı təkcə ABŞ-nin keçmiş diplomatik nümayəndəliyi deyil, həm də yaxınlıqda yerləşən kommersiya obyektlərinə ziyan dəyib. Hücum zamanı ölən və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər