Dünya

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var

01 Apr 2026, 10:56 2 baxış
Bodrumda qayıq batdı - Xeyli sayda ölən var
Türkiyənin Muğla bölgəsinin Bodrum rayonu akvatoriyasında qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayığın batması nəticəsində azı 11 nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" informasiya yayıb. Məlumata görə, 11 nəfərin meyiti sudan çıxarılıb, 21 miqrant isə xilas olunub. Bölgədə hava və quru yolu ilə axtarış-xilasetmə əməliyyatları davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər