Dünya
İran Körfəz ölkələrindəki İlon Maskın şirkətinə məxsus "Starlink" stansiyalarını vuracaq
İran Fars körfəzi ölkələrindəki "Starlink" peyk internet stansiyalarını özü üçün legitim hədəflər hesab edir. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, İslam Respublikası Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən və amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk internet stansiyalarına hücum etməyi planlaşdırır. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə
oxu.az