Dünya

"Buker-2026": Milyonların maraqla gözlədiyi siyahıda kimlər var?

01 Apr 2026, 07:18 2 baxış
"Buker-2026": Milyonların maraqla gözlədiyi siyahıda kimlər var?
Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri hesab olunan beynəlxalq "Buker" mükafatının (International Booker Prize) 2026-cı il üzrə namizədlərin qısa siyahısı elan edilib. Oxu.Az layihənin rəsmi saytına istinadən xəbər verir ki, builki finalçılar arasına altı əsər daxil edilib: - "Cadugər" - Mari Ndyay; - "Yer üzündə olduğu kimi" - Ana Paula Maya; - "Rejissor" - Daniel Kelman; - "Qalan o" - Rene Karabaş; - "Tehranda sakit gecələr" - Şida Bazyar; - "Tayvan səyahətnaməsi" - Yan Şuan-tszı. Mükafatın qalibi mayın 19-da Londondakı "Tate Modern" qalereyasında keçiriləcək təntənəli mərasimdə açıqlanacaq. Qeyd edək ki, 2026-cı il mükafatı "Bukhman Philanthropies" fondunun dəstəyi ilə təqdim olunur. Ümumi mükafat fondu 50 min funt sterlinq (təxminən 66 min dollar) təşkil edir. Müsabiqənin qaydalarına əsasən, bu məbləğ qalib əsərin müəllifi ilə tərcüməçisi arasında bərabər bölünür. Bundan əlavə, qısa siyahıya düşən hər bir əsərin müəllifi və tərcüməçisinə 5 000 funt sterlinq (müəllifə 2 500, tərcüməçiyə 2 500 funt-sterlinq olmaqla) pul mükafatı təqdim ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər