Dünya

Rusiyalı manyakdan şok etiraf: 100-dən çox qətl törətdiyini dedi

29 Mar 2026, 04:02 2 baxış
Rusiyalı manyakdan şok etiraf: 100-dən çox qətl törətdiyini dedi
Rusiyalı Aleksey Qaskov 1995-ci ildən etibarən 100-dən çox qətl törətdiyini etiraf edib. Oxu.Az "Vesti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, dəqiq sayını xatırlamır, çünki qurbanlarını saymayıb. "1995-ci ildən başlayaraq, təxmini desəm, 100-dən çox qətl törətmişəm. Mən saymamışam, qeyd aparmamışam, belə şeyləri yalnız bəzi manyaklar sayır", - deyə o bildirib. Aleksey Qaskov həmçinin peşman olduğunu və istintaqla əməkdaşlıq etmək üçün dəfələrlə könüllü ifadə verdiyini qeyd edib. O, ilk dəfə 2002-ci ilin dekabrında Berdsk şəhərində qızların qətli və zorlanması şübhəsi ilə saxlanılıb, lakin həmin vaxt onun günahını sübut etmək mümkün olmayıb. Daha sonra 2006-cı ilin mayında 11 yaşlı qızın zorlanması şübhəsi ilə yenidən saxlanılıb və bir il sonra 10 il yarım müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə azadlığa buraxılıb. 2024-cü ilin iyulunda aparılan bioloji ekspertiza 2002-ci ildə Moskva vilayətində törədilmiş qətllərdən götürülən nümunələrin məhz ona aid olduğunu təsdiqləyib. Hazırda istintaq onun digər açılmamış cinayətlərdə iştirakını da araşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər