Dünya

Ağ Evdən maraqlı layihə: Kənd təsərrüfatına dəstək üçün yeni platforma yaradıldı

29 Mar 2026, 00:24 2 baxış
Ağ Evdən maraqlı layihə: Kənd təsərrüfatına dəstək üçün yeni platforma yaradıldı
ABŞ-nin Ağ Ev administrasiyası "OnlyFans" platformasına istinad edən "OnlyFarms" adlı yeni sayt təqdim edib. Oxu.Az xəbər verir ki, resurs WhiteHouse.gov rəsmi domenində yerləşdirilib və Prezident Donald Trampın siyasəti çərçivəsində kənd təsərrüfatına dəstəyə həsr olunub. OnlyFarms.gov saytı istifadəçiləri fermerlərə maliyyə dəstəyi tədbirləri barədə məlumatların yer aldığı səhifəyə yönləndirir. Buradakı əsas təşəbbüslərə ailə fermaları üçün vergi güzəştləri, bazarlara çıxış imkanlarının genişləndirilməsi və inzibati maneələrin azaldılması daxildir. Ağ Ev istifadəçilərə fermerlərin əldə etdiyi faydaları və hər ştat üzrə nə qədər qənaət edildiyini öyrənməyi təklif edib. Həmçinin ehtimal olunan qənaəti hesablamağa imkan verən interaktiv ABŞ xəritəsi də təqdim olunub. Saytın təqdimatı fermerlərin Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edib.
Ağ Evdən maraqlı layihə: Kənd təsərrüfatına dəstək üçün yeni platforma yaradıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər