Digər

Rus qoşunları bu ərazilərdə irəliləmək istədi, qarşısı alındı

29 Mar 2026, 00:37 2 baxış
Rus qoşunları bu ərazilərdə irəliləmək istədi, qarşısı alındı

Sum və Xarkov vilayətlərində Rusiya hərbçiləri nəzarət zonalarını genişləndirməyə çalışıb, lakin Ukrayna qoşunları bunun qarşısını alıblar.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko məlumat verib.


"Son 24 saat ərzində Xarkovun Vovçansk rayonunun Xutor kəndində sərhədçilər düşmən piyada dəstələrinin irəliləmək cəhdini dəf ediblər", - deyə o qeyd edib.


O bildirib ki, Sum bölgəsində də Rusiya qüvvələri Krasnopilska, Xotinska və Yunakivska məntəqələrində hücum əməliyyatları həyata keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər