Digər
İrandan şok qərar: hərbi xidmət yaşı 12-yə endirildi!
İranda hərbi xidmət qaydalarında edilən dəyişikliyə əsasən, çağırış yaşı 12-yə endirilib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Rəhim Nadaliyə istinadən məlumat yayıb.
Rəsmi bildirib ki, 12 yaşdan yuxarı uşaqlar müxtəlif tapşırıqlara cəlb olunacaqlar. Belə ki, onlar kəşfiyyat fəaliyyəti, əməliyyat patrulu, “Bəsic” yoxlama postlarında xidmət, hərbçilər üçün yemək hazırlamaq, yaralı əsgərlərə baxmaq və digər işləri görəcəklər.
Mənbə
axar.az