Dünya

ABŞ-dən Yaxın Şərqə güc nümayişi: "USS Tripoli" adlı desant gəmisi bölgəyə daxil oldu

28 Mar 2026, 22:00 2 baxış
ABŞ-dən Yaxın Şərqə güc nümayişi: "USS Tripoli" adlı desant gəmisi bölgəyə daxil oldu
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, "USS Tripoli" adlı desant gəmisi təxminən 3 500 dənizçi və dəniz piyadası ilə Yaxın Şərqə daxil olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, "America" sinfinə aid olan gəmi Tripoli desant hazırlıq qrupunun flaqmanı hesab olunur və 31-ci ekspedisiya dəniz piyadaları bölməsinin tərkibinə daxildir. Gəminin göyərtəsində nəqliyyat və hücum təyyarələri, eləcə də desant-hücum və taktiki vasitələr yerləşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər