Digər
Bərzaninin evinə PUA ilə hücum edildi
Şənbə günü səhər tezdən İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Neçirvan Bərzaninin evinə pilotsuz təyyarə ilə hücum olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Mənbələr əlavə ediblər ki, hava hücumundan müdafiə qüvvələri həmçinin Dohukdakı Peşmərgə bazası yaxınlığında pilotsuz təyyarəni vurub.
İraq Baş naziri Məhəmməd Şia əs-Sudani Kürdüstan Regional prezidentinin evinə edilən hücumu pisləyib və onunla telefonla danışıb. Bəyanatda deyilir ki, Sudani hadisələri araşdırmaq və məsul şəxsləri müəyyən etmək üçün Kürdüstanla birgə texniki qrup yaradılmasını əmr edib.
Mənbə
axar.az