Digər
Kərkükdə hərbi obyekt vuruldu
İraqın şimalında yerləşən Kərkük beynəlxalq hava limanı ərazisində Xalq Səfərbərlik Qüvvələrinin (PFM) obyektinə hava zərbəsi endirilib.
Axar.az xəbər verir ki, bu barədə “Şəfəq Nyus” məlumat yayıb.
Məlumata görə, idarəolunan üç raketlə PMF-in kəşfiyyat idarəsinin istifadə etdiyi kompleks hədəf alınıb.
Hazırda ölən və yaralananlar, eləcə də dəymiş ziyanın miqyası barədə təsdiqlənmiş məlumat yoxdur. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Mənbə
axar.az