Dünya
BƏƏ-də İranın zərbələri nəticəsində ölənlərin sayı artıb - FOTO
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) İranın zərbələri nəticəsində ölənlərin sayı 178-ə çatıb. Oxu.Az bildirir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi öz "X" hesabında məlumat verib. "178 nəfər yüngül, orta və ağır olmaqla, müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar arasında təxminən 30 ölkənin nümayəndəsi var", - deyə məlumatda bildirilib. Nazirlik qeyd edib ki, İranın zərbələri nəticəsində iki BƏƏ hərbçisi, bir mülki şəxs - silahlı qüvvələr tərəfindən işə götürülmüş Mərakeş vətəndaşı və səkkiz dinc sakin - Pakistan, Nepal, Banqladeş və Hindistan vətəndaşları həlak olublar.
Həmçinin qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri martın 28-də İranın 20 ballistik raketinin və 37 pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
Beləliklə, eskalasiyanın başlanğıcından bəri 398 ballistik raket və 15 qanadlı raket, eləcə də 1 872 PUA ələ keçirilib.

Mənbə
oxu.az