Dünya
Güclü yağışlar Dağıstanda həyatı iflic etdi - VİDEO
Dağıstanda leysan yağışlar ölkəni Venesiyaya çevirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "News.ru" "Telegram" kanalı məlumat verib. Məlumata görə, yağıntıların miqdarı yüzillik rekordu qırıb. Belə ki, bir gündə bölgəyə 50 millimetrdən çox yağıb ki, bu da 1919-cu ilin martında qeydə alınan tarixi maksimumdan yüksəkdir. Yollar demək olar ki, iflic vəziyyətinə düşüb, piyadalar isə alternativ yollar axtarmağa məcbur olurlar.
Mənbə
oxu.az