Dünya

Omanın Salalah limanı dron hücumuna məruz qalıb

28 Mar 2026, 11:30 2 baxış
Omanın Salalah limanı dron hücumuna məruz qalıb
Omanın cənub bölgəsində yerləşən Salalah limanına iki pilotsuz uçuş aparatı tərəfindən zərbə endirilib və nəticədə bir işçi xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə Oman Xəbər Agentliyi məlumat yayıb. "Hücum zamanı limanda çalışan bir əcnəbi işçi orta ağır dərəcəli bədən xəsarətləri alıb və limana məxsus kranlardan biri qismən zədələnib", - deyə xəbərdə qeyd olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər