Digər
Xameneinin ictimaiyyət önünə çıxmamasının səbəbi...
İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Tehranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni deyib.
"Onun ictimaiyyət qarşısında görünməməsinin səbəbi mövcud xüsusi hallar fonunda təhlükəsizlik tədbirləri ilə bağlıdır", - deyə Bəhreyni bildirib.
Qeyd edək ki, Müctəba Xamenei 8 martda İranın yeni ali dini lideri seçilib.
Mənbə
axar.az