Digər
ABŞ-ın Ukraynaya silah tədarükü dayandırılır: İrana görə...
Donald Tramp administrasiyasının məmurları ABŞ-ın Ukraynaya silah tədarükünün yaxın aylarda dayandırıla biləcəyi barədə müttəfiqləri xəbərdar etməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Məlumata görə, bunun səbəbi Pentaqonun silah ehtiyatlarını İranda gedən müharibəyə yönəltməyə üstünlük verməsidir.
ABŞ Dövlət Departamenti müttəfiqlərə bildirib ki, döyüş sursatlarının, xüsusilə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü ləngiyə və ya dayandırıla bilər.
Mənbə
axar.az