Digər

Xəzər Boru Kəməri ilə bağlı yayılan məlumatlar yalandır

27 Mar 2026, 17:40 2 baxış
Xəzər Boru Kəməri ilə bağlı yayılan məlumatlar yalandır

ABŞ-a təzyiq göstərmək üçün Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft tədarükünün dayandırılması planları barədə məlumatlar yalandır.


Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.


“Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunu sıradan çıxarmağa çalışmağa davam edir və dəfələrlə ona qarşı dron hücumları həyata keçirib. Kiyev enerji şantajı ilə məşğul olmağa davam edir ki, bu da şirkətimizin, Amerika şirkətlərinin və Qazaxıstan şirkətlərinin maraqlarına zərər verir", - Peskov vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər