Kriminal
Biləsuvarda iki avtomobil TOQQUŞUB: Dörd yaralı var
Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az