Kriminal
Beyləqanda 65 yaşlı kişi faciəli şəkildə öldü
Beyləqan rayonunda elektrik cərəyanının vurması nəticəsində 65 yaşlı kişi ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xaçınabad kəndi ərazində qeydə alınıb. Belə ki, elektrik xəttində təmir işi görən 1961-ci il təvəllüdlü kənd sakini İsmayıl İsmayılovu cərəyan vurub. O, hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az