Kriminal

Salyanda VAZ yük maşını ilə toqquşdu: yaralılar var

24 Mar 2026, 22:16 1 baxış
Salyanda VAZ yük maşını ilə toqquşdu: yaralılar var

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mersedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.


Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər