Kriminal

Qazaxda 2 hektar ərazi yandı - Video

24 Mar 2026, 20:04 1 baxış
Qazaxda 2 hektar ərazi yandı - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a FHN-dən bildirilib.


Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb.


Ətraf ərazilər yanğından mühafizə olunub.


Mənbə axar.az

Oxşar Xəbərlər