Kriminal
"Hyundai" aşıb əkin sahəsinə düşdü - FOTO
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin sürdüyü "Hyundai Sonata" avtomobili idarəetmədən çıxıb yol kənarındakı kanalın üzərindən aşaraq əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Xanım Məmmədli xəsarət alıblar. Deformasiyaya uğrayan avtomobildə ağır xəsarət alan ər-arvad rayon xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra qadın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az