Kriminal
Zaqatalada avtomobil çuxura düşdü, sürücü xəsarət aldı
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi VAZ-2109 avtomobili idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Hadisə nəticəsində xəsarət alan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.
Mənbə
oxu.az