Kriminal
Novxanıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən verir ki, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ağababa Ağayevi "Opel" markalı minik avtomobili vurub. Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az