Kriminal

Naxçıvanda restoranda YANĞIN: İnsanlar təxliyə edildilər - VİDEO

22 Mar 2026, 15:12 1 baxış
Naxçıvanda restoranda YANĞIN: İnsanlar təxliyə edildilər - VİDEO
Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m. olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində restoranın çardaq hissəsi 20 kv.m. sahədə yanıb. Restoranın işçi heyəti və müştərilər təxliyə ediliblər. Xəsarət alan olmayıb. Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər