Kriminal

Kürdəmirdə ağır QƏZA: Yeddi yaşlı uşaq öldü

22 Mar 2026, 15:36 1 baxış
Kürdəmirdə ağır QƏZA: Yeddi yaşlı uşaq öldü
Kürdəmirin Çöl-Ərəb kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən VAZ-2107 markalı avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Kürdəmir Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər