Kriminal

Şəmkirdə üçotaqlı evdə yanğın olub - VİDEO

22 Mar 2026, 11:54 1 baxış
Şəmkirdə üçotaqlı evdə yanğın olub - VİDEO
Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyü 10 m² sahədə yanıb. Evin böyük hissəsi yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər