İdman

KİV: Üç İngiltərə klubu "Qalatasaray"ın qapıçısını almaq istəyir

21 Mar 2026, 13:51 1 baxış
KİV: Üç İngiltərə klubu "Qalatasaray"ın qapıçısını almaq istəyir
Türkiyə millisinin və "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb. Nəşrin iddiasına görə, "Tottenhem", "Nyukasl Yunayted" və "Aston Villa" klubları türkiyəli qolkiperə yaxından maraq göstərirlər. Xəbərdə bildirilir ki, İngiltərənin adlı-sanlı klubları istedadlı qapıçının keçidinə 30 milyon avro ödəməyə hazırdırlar. Qeyd edək ki, Çakır "Qalatasaray"a mövsümün əvvəlində "Trabzonspor"dan transfer olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər