Dünya

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama

15 Aug 2026, 02:00 2 baxış
Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama
Kardioloqlar Lu Çen və Kevin Heder insanın ürəyinin bəzən gecələr niyə güclü döyündüyünü izah ediblər. Oxu.Az xəbər verir ki, mütəxəssislər "Prevention" nəşrinə müsahibələrində gecə saatlarında sürətli ürək döyüntüsünün səbəblərindən danışıblar. Lu Çenin sözlərinə görə, gecələr sürətli ürək döyüntüsünə turşu reflüksü və yuxu apnesi səbəb ola bilər. Həkim bildirib ki, yuxu apnesi zamanı qanda oksigenin səviyyəsi azalır və ürəyin yükü artır. Bu isə ürək ritminin pozulmasına, həmçinin qulaqcıqların fibrilyasiyası riskinin yüksəlməsinə səbəb ola bilər. Kevin Heder isə qeyd edib ki, gecə ürək döyüntüsünün sürətlənməsi stres, susuzlaşma, eləcə də günün ikinci yarısında qəbul edilən alkoqol və kofeinlə əlaqəli ola bilər. "Hormonal dəyişikliklər, o cümlədən menopauza da ürək döyüntüsünün artmasına səbəb ola bilər", - deyə həkim bildirib. O, belə hallar tez-tez təkrarlanırsa, həkimə müraciət etməyi tövsiyə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər