İdman

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başladı - VİDEO

15 Aug 2026, 00:48 2 baxış
Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başladı - VİDEO
Türkiyə Superliqasının yeni mövsümünün açılış matçında son çempion "Qalatasaray" doğma meydanda "Çorum" futbol klubu ilə qarşılaşıb Oxu.Az xəbər verir ki, RAMS Parkda keçirilən qarşılaşmada "sarı-qırmızılar" son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara biliblər.

53-cü dəqiqədə Viktor Osimhen "Qalatasaray"ı hesabda önə keçirib. "Çorum" 59-cu dəqiqədə Aleksandros Kiziridis və 61-ci dəqiqədə Xesus Ramiresin qolları ilə hesabda önə keçirib. 70-ci dəqiqədə Kiziridis birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. "Qalatasaray" say üstünlüyündən yararlanaraq 90-cı dəqiqədə Osimhenin ikinci qolu ilə hesabı bərabərləşdirib - 2:2.
Mənbə oxu.az

Oxşar Xəbərlər