İdman
"Qalatasaray" öz meydanında debütantla bacarmadı
Futbol üzrə Türkiyə Superliqasında 2026/2027-ci illər mövsümünə start verilib.
Axar.az xəbər verir ki, açılış matçında son çempion "Qalatasaray" öz meydanında liqanın debütantı "Çorum" komandasını qəbul edib.
"RAMS Park" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 2-2.
Matçın 90-cı dəqiqəsində isə yenidən fərqlənən Viktor Osimhen həm dublunu, həm də yekun hesabı müəyyənləşdirib.
Beləliklə, mövsümün açılış oyununda heç-heçəyə razılaşan komandalar hərəyə bir xalla kifayətləniblər.
Mənbə
axar.az