İdman
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
İngiltərənin "Liverpul" futbol klubunun əsas sahibi olan "Fenway Sports Group" (FSG) klubun səhmlərinin bir hissəsinin satılması ilə bağlı "1892 Holdings" şirkəti ilə razılaşma əldə edib. Şirkətin əsas investorlarından biri "Amazon"un təsisçisi Ceff Bezosdur. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Söhbət klubun səhmlərinin 30 faizinin satışından gedir. Razılaşmanın dəyərinin 1.65 milyard funt sterlinq (2.23 milyard dollar) olduğu bildirilir. "Liverpul"un dəyəri 6 milyard dollardan çox qiymətləndirilir. FSG klubu 2010-cu ildə 300 milyon funt sterlinqə alıb. Qeyd edək ki, Bezos 271.4 milyard dollar sərvətlə "Forbes"in dünyanın ən varlı insanları reytinqində üçüncü yerdədir.
Mənbə
oxu.az