Tarix yenidən yazılır, böyük Türkiyə gəlir - Ərdoğan
Terrorun sonu bu gün kimləri kədərləndirir? Türkiyəyə qarşı planları olanları! Bu qanayan yaradan daha 40 il faydalanmaq istəyən qüvvələri. Bu ölkədə analar artıq ağlamayacaq, uşaqlar yetim, qadınlar dul qalmayacaq. Ölkəmizin enerjisi boşa getməyəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
“Çoxqütblülüyə doğru transformasiya olan beynəlxalq sistemin fəal iştirakçısına çevrilən Ankara milli maraqları müdafiə etməklə yanaşı, diplomatiyaya, dialoqa və humanitar məsuliyyət prinsipinə üstünlük verir. Biz regionda sabitliyi gücləndirməyə və daha ədalətli dünya nizamına töhfə verməyə çalışırıq", - deyə Ərdoğan vurğulayıb.
Prezident Ədalət və İnkişaf Partiyasının seçdiyi yolla qətiyyətlə irəliləməyə davam edəcəyini vurğulayıb:
“AKP Türkiyənin nailiyyətlərinin arxasında duran hərəkətverici qüvvədir. Keçmişin təcrübəsini gələcəyin imkanları ilə birləşdiririk. Hələ görüləsi çox işimiz var. Tarix yenidən yazılır. Böyük Türkiyə Cümhuriyyəti gəlir".